“Təbiət naminə öyrənək” devizi altında təlim keçirilib

IMG_3058

Bu gün Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə Zəngəzur Milli Parkında “Təbiət naminə öyrənək” devizi altında gənclər üçün təlim və təcrübə günü təşkil olunub.

Əvvəlcə Gənclər Fondunun əməkdaşı Fatimə Yusifli və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Saleh Həsənov çıxış edərək keçirilən tədbirin məqsədindən, gənclərin ekoloji bilik və bacarıqlarının artırılması və təbiətdən düzgün istifadənin təşviqindən danışıblar. Vurğulanıb ki, keçirilən təlim və təcrübə günü gənclərin ekologiya sahəsində yeni bilik və bacarıqlar qazanmasına və həmin biliklərdən gələcəkdə maarifləndirmə işlərində istifadə etmələrinə hesablanıb.

Sonra təlimə start verilib. Coğrafiya üzrə fəlsəfə doktoru Nazim Bababəyli “Kompas nədir və ondan necə istifadə olunur”, “Meşədə səmti necə müəyyənləşdirmək olar” mövzularında gənclərə ətraflı məlumat verib, kompasdan istifadəni detallı şəkildə öyrədib və səmti müəyyən etmələri üçün tapşırıqlar verib. Bioresurslar İnstitutunun əməkdaşları Hüseyn Rəsulzadə “Meşə sahələrinin qorunması və artırılması”, “Təbiəti necə qoruyaq və müalicə edək”, Qədir Məmmədov isə “Naxçıvan Muxtar Respublikasının meşə örtüyü və onun qorunması” mövzularını əhatə edən geniş məlumat veriblər.

Təlimin praktik hissəsi isə mövzuların asan mənimsənilməsi üçün yarışmalar, sual-cavab, “Təbiəti mühafizə nişanları”, “Xalq təqvimi”, “Təbiətdə qarşılıqlı əlaqələr” ekoloji oyunlarının təşkil olunması ilə keçirilib.

Sonda gənclər üçün çay süfrəsi təşkil edilib.

Leave a comment