Cəbi Hüseyn oğlu Quliyev 29 avqust 1990-cı il tarixində Şahbuz rayonunun indiki Ağbulaq kəndində anadan olub. 2008-ci ildə orta məktəbi bitirib, Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər ixtisasına daxil olub. 2012-ci ildə bakalavr təhsilini yekunlaşdırıb. 2012-2013-cü illərdə Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olub. 2013-2015-ci illərdə Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər tarixi və nəzəriyyəsi ixtisaslaşması üzrə magistr təhsili alıb. Hal-hazırda Naxçıvan Dövlət Universitetinin dissertantıdır.
Magistr təhsili aldığı dövrdə Naxçıvan Özəl Universitetinin “Humanitar elmlər” kafedrasında baş laborant vəzifəsində, 2015-ci ildən Naxçıvan Dövlət Universiteti “Beynəlxalq münasibətlər” kafedrasında saat hesabı müəllim, 2017-ci ildən 2018-ci ilə qədər eyni kafedrada 0.5 ştat müəllim vəzifəsində çalışıb. Hazırda saat hesabı müəllim kimi pedaqoji fəaliyyətini davam etdirir.
2014-cü ildən Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı Gənclər Birliyinin sədri, 2014-cü ildən 2018-ci ilə qədər isə Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatında aparıcı təlimatçı və baş təlimatçı vəzifələrini icra edib.
2018-ci il sentyabrın 6-da Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Sədrinin Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun icraçı direktoru vəzifəsinə təyin edilmişdir.
2020-ci il fevralın 9-da baş tutan Parlament seçkilərində 7 saylı Ordubad-Culfa dairəsindən VI çağırış Milli Məclisin deputatı seçilib.
2020-ci il martın 10-dan Milli Məclisin Gənclər və İdman, habelə Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin üzvüdür.
Üzv olduğu Beynəlxalq təşkilatlar:
Üzv olduğu Parlamentlərarası əlaqələr üzrə işçi qruplar:
Azərbaycan-Bosniya və Hersoqovina parlamentlərarası əlaqələr üzrə işçi qrupu – üzv
Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupu – üzv
Azərbaycan-Koreya parlamentlərarası əlaqələr üzrə işçi qrupu – üzv
Azərbaycan-Malayziya parlamentlərarası əlaqələr üzrə işçi qrupu – üzv
Azərbaycan-Türkmənistan parlamentlərarası əlaqələr üzrə işçi qrupu – üzv

- Ünvan: Cəlil Məmmədquluzadə
-
küçəsi 15
Naxçıvan şəhəri AZ 7000 - Telefon: (036) 550-84-27
-
Email: naxcivangf@gmail.com