“Quİz” İntellektual oyunu keçİrİlİb.

quiz

17 aprel 2021-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun təşkilatçılığı ilə “Saat Meydanı” turistik istirahət mərkəzində gənclər arasında yeni növ “Quiz” intellektual oyunu keçirilib.

12 komandanın iştirakı ilə keçirilən oyunu Azərbaycan Respublikasının Gənclər Fondunun əməkdaşı Zaur Osmanov idarə edib.

Oyunun yekun nəticələrinə əsasən “Diplomat” komandası 1-ci, “Qasırğa” komandası 2-ci, “Universal” komandası isə 3-cü yerin sahibi olub.

Qalib komandalara hədiyyə kuponları təqdim olunub.

Leave a comment