Naxçıvan Muxtar Respublİkasının Gənclər Fondunun təşkİlatçılığı İlə ekolojİ yürüş təşkİl olunub.

ekoloji yurus

“Kənddən kəndə” devizi ilə keçirilən yürüşdə gənclər Şahbuz rayonunun Nursu kəndindən Ağbulaq kəndinə qədər olan 13 km məsafəni piyada qət ediblər. 80-dən artıq gəncin iştirak etdiyi yürüşün keçirilməsində məqsəd gənclərin asudə vaxtının mənalı təşkili, muxtar respublikanın zəngin fauna və florasını gənclərə tanıtmaq həmçinin bu idman növünün gənclər arasında yayılmasıdır. Maraqlı və uzun yürüş çərçivəsində gənclər Nursu gölünün ətrafında müxtəlif oyunlar oynayıb, fotoşəkillər çəkdiriblər. Burada gənclər üçün meditasiya təlimi də keçilib. Təlim Əsmər Rzayeva tərəfindən aparılıb.

13 km dağlıq ərazini qət edən gənclər Ağbulaq kəndində yerləşən eyni adlı istirahət mərkəzinə çatıblar. Mərkəzlə tanış olduqdan sonra mini futbol meydançasında futbol oynayıblar. Burada gənclər üçün çay və yemək süfrəsi də təşkil olunub.

Leave a comment