Gənclər Fondu və “Estafet” Gənclərin İctimai Birliyinin birgə təşkilatçılığı ilə Şərur rayon gəncləri arasında “Erudit Kvartet” intellektual oyunu keçirilib.

IMG_0036

Bu gün Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu və “Estafet” Gənclərin İctimai Birliyinin (@estafet_gib) birgə təşkilatçılığı ilə Şərur rayon gəncləri arasında “Erudit Kvartet” intellektual oyunu keçirilib.

Oyuna başlamazdan əvvəl Gənclər Fondunun əməkdaşı Çingiz Ağayev çıxış edərək oyunun qaydaları, keçirilmə məqsədi haqqında iştirakçılara məlumat verib. Qeyd olunub ki, oyunun keçirilməsində əsas məqsəd gənclərin intellektual düşünmə qabiliyyətlərini stimullaşdırmaq, istedadlı gənclərin üzə çıxarılması və gənclərin asudə vaxtının səmərəli təşkil olunmasından ibarətdir.

Gənclər arasında baş tutmuş intellektual oyunda 8 komanda olmaqla ümumilikdə 32 gənc iştirak etmişdir. Oyunun yekun nəticəsinə əsasən “Şərur” komandası l, “Şuşa” komandası ll, “Legion” komandası isə lll yerin sahibi olub.

Sonda qalib komandalar qiymətli hədiyyələrlə mükafatlandırılmışdır.

Leave a comment